İlin istənilən vaxtıKəbəni ziyarət edən hacı olurmu?

İlin istənilən vaxtıKəbəni ziyarət edən hacı olurmu?
22:17 9 Fevral 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

İlin istənilən vaxtı Məkkəyə gedib Kəbəni ziyarət edən, qurban kəsən adam hacı olurmu?

Həcc İslamın əsas vacib (imkanı çatan şəxslər üçün) ibadət növlərindən biridir və bəlli vaxtda yerinə yetirilməlidir. Həcc əməllərinin vaxtı hicri-qəməri təqvimlə ilin son ayı olan zilhiccə ayıdır. Həcc əməlləri ardıcıllıqla zilhiccə ayının 8-dən 13-nə kimi yerinə yetirilir, Qurban bayramı günü, yəni zilhiccə ayının 10-da qurbanlıq kəsilir. Yalnız bu müddət ərzində vacib əməlləri şəriətdə buyurulan qayda ilə yerinə yetirən şəxs hacı olur. İlin istənilən vaxtında da Məkkəyə gəlib ziyarət etmək olar. Amma bu ziyarətin sonunda insana hacı deyilməz və həcc vəzifəsi onun boynundan götürülməz. Həcc mövsumundən başqa vaxtda Məkkəni ziyarət etmək ümrə adlanır. Əlbəttə, ümrənin də öz qaydaları vardır və bu qaydalar şəriət kitablarında ətraflı göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR