Günboyu oturmağın zərərləri nələrdir?

Günboyu oturmağın zərərləri nələrdir?
22:22 9 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir işdə yalnız 5 il işləsək də, bu ayağımızda uzunmüddətli zədələr qoya bilər. Həftəsonu nə qədər çox idman etsək də, həftəiçindəki hərəkətsizliyi üstələməz. Sadəcə süzülərək ayağımızın bud hissəsi düzləşməklə qalmaz, ayaqda olan gluteus maximus əzələlərinin əriməsilə bütün fiziki gücümüz və enerjimiz azalır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gün ərzində əksər vaxtı hərəkətsiz qalırıq və bu da demək olur ki, bütün günü bir pozada qalırıq. Bundan başqa, oturma tərzimizə görə, bütün təzyiq onurğaya düşür və onurğa yüklənməsinə səbəb olur. Hərəkətsiz qalmaq ayağın möhkəmliyini itirməsinə səbəb olur.
 
Uzun müddətli hərəkətsizlik əzələlərin tutulmasına səbəb olur. Qan dövranının azalması bəzi əzələlərimizin işləmədiyi anlamına gəlir ki, bu da idman edərkən istiliyimizin daha uzun davam edəcəyi mənasına gəlir.
Bizə lazım olan iş yerimizdən qalxıb hərəkət etməkdir. 30 saniyə də olsa, bu heç yoxdan yaxşıdır. Mütəxəssislərin təklif edirlər ki, hər saat və ya mümkünsə 15 dəqiqədə bir qalxıb təkcə ofis içində gəzişək. Beləliklə, həm diqqətimizi yenidən toplamış, həm də qan axınının sistemləşdirilməsini təmin etmiş olarıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR