İranda parlayış: 4 ölü, 9 yaralı

İranda parlayış: 4 ölü, 9 yaralı
22:24 9 Fevral 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.

 

Hadisə  Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib.  KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. 

 

Partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Məlumata görə, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR