Neft bahalaşır

Neft bahalaşır
22:42 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Neftin dünya qiymətləri ABŞ-da benzin ehtiyatlarının azalmasına dair xəbərlər fonunda artmaqda davam edir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə saat 21.19-a olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin aprel fyuçersləri 0,96 faiz artaraq bir barelə görə 55,65 dollara çatıb.
WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti isə 1,45 faiz artıb və bir barel üçün 53,10 dollar təşkil edib.
ABŞ-ın Energetika Nazirliyinin çərşənbə günü açıqladığı məlumata görə, ötən həftə ölkədə benzin ehtiyatları 0,3 faiz aşağı düşərək 256,2 milyon barelə çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/516020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR