Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi
22:44 9 Fevral 2017
234 Digər
Ölkə mətbuatı
A- A+

"Real Madrid" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo xeyirxah addım atıb.
 
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 32 yaşlı futbolçu Portuqaliyada yerləşən heyvanlar evinə köməklik edib. O, geyindiyi “futbolka”larından birinin üzərinə imzasını ataraq, onu həmin ünvana göndərib. 
 
80 itin yaşadığı heyvanlar evinin yiyəsi Lilian Santov deyib ki, hədiyyəni hərracda sataraq, əldə olunan pulla baytarların maaşını verəcək və itlərə yem alacaq. 
 
Santov Ronaldonun bu hərəkətini yüksək qiymətləndirib. O, “Kriştiano olmasaydı, itlər ölə bilərdi” deyib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR