Rio-de-Janeyroda polis ilə etirazçılar arasında toqquşma olub

Rio-de-Janeyroda polis ilə etirazçılar arasında toqquşma olub
23:07 9 Fevral 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Braziliyanın paytaxtı Rio-de-Janeyroda regional Qanunverici Assambleya binası yaxınlığında nümayişçilərlə hərbi polis arasında toqquşma baş verib.
"Report" xəbər verir ki, asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllə tətbiq ediblər.
Aksiya iştirakçıları bir neçə zibil qutusuna ziyan vurublar və yaxınlıqdakı banklardan birinin ofisini yandırıblar. Binada yanğın baş verib. İğtişaşa məhz nəyin səbəb olduğu hələ məlum deyil. Mitinqçilər bir sıra regional müəssisələrin özəlləşdirilməsinə və sərt büdcə qənaəti iqtisadiyyatına qarşı çıxırlar, həmçinin dövlət qulluqçularına əmək haqqı borclarının ödənilməsini tələb edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rio-de-janeyroda-polis-ile-etirazcilar-arasinda-toqqusma-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR