Olland Sərkisyanı Parisə çağırdı

Olland Sərkisyanı Parisə çağırdı
23:32 9 Fevral 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Fransua Olland ermənistanlı həmkarı Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fransa prezidenti bildirib. Onun sözlərinə görə, Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı S.Sərkisyanı Parisə dəvət edib.

8 martda nəzərdə tutulmuş səfər çərçivəsində əsas müzakirə mövzusundan biri də Qarabağ münaqişəsi olacaq.
"Bu münaqişənin həlli üçün sülh yollarını tapmaq əhəmiyyətlidir", - Olland deyib.

O, həmçinin söz verib ki, Fransa həmişə bu ölkədəki erməni icmasını dəstəkləyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR