Bakıda bir nəfər binada yanğın zamanı xilas edilib

Bakıda bir nəfər binada yanğın zamanı xilas edilib
23:37 9 Fevral 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bir-nefer-binada-yangin-zamani-xilas-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR