Əl-Babdakı bombalanma ilə bağlı komissiya yaradılmayacaq

Əl-Babdakı bombalanma ilə bağlı komissiya yaradılmayacaq
23:47 9 Fevral 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya və Türkiyə Suriyadakı türk hərbçilərinə səhvən endirilmən zərbə ilə bağlı insidenti araşdırmaq üçün təhqiqat komissiyası yaratmayacaqlar, çünki məsələ tam aydındır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ankaradakı yüksək çinli hərbi mənbə bildirib.  
"İnsidentdən dərhal sonra Rusiya tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Aramızda koordinasiya mövcuddur, hazırda əlaqələndirməni daha güclü və səmərəli etmək üçün danışıqlar aparılır. Məlumatıma görə, faciə ilə bağlı hər-hansı xüsusi komissiya yaratmaq planlaşdırılmır, çünki vəziyyət məlum və aydındır", - deyə mənbə bildirib.    
 
Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada səhvən endirdiyi aviazərbə  nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.
 
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR