"Milan"dan dünyanı silkələyəcək 2 transfer - 100 milyon

"Milan"dan dünyanı silkələyəcək 2 transfer -   100 milyon
00:17 10 Fevral 2017
218 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" yayda heyətinə ulduz futbolçuları qatmağı hədəfləyib. Fanat.Az "Sino-Europe Sports"a istinadən xəbər verir ki, İtaliya klubu 100 milyonluq transfer büdcəsi ayırıb.

Artıq "Milan"ın hədəfindəki iki ulduzun kimliyi bəllidi. Bunlardan biri "Borussiya"nın (Dortmund) qabonlu ulduzu Pyer-Emerik Aubameyanq, digəri "Mançester Siti"nin argentinalı forvardı Serxio Aquerodu.

Bundan başqa İtaliya nəhəngi baş məşqçi postuna Roberto Mançinini gətirmək istəyir.

Qeyd edək ki, "Transfermarkt" Aubameyanqa 65, Aqueroya 60 milyon avro qiymət qoyub.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmilanquotdan-dunyan-silklyck-2-transfer-t56156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR