Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür

Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür
00:53 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Dünyada hər 6 saniyədə bir, ildə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.

Publika.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu 9 Fevral - "Dünya siqaretdən imtina günü" münasibətilə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

ÜST siqaretdən istifadənin azaldılmayacağı təqdirdə bu sayın 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.

Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliya var. Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/187172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR