Gürcüstan İctimai Televiziyasına hücum

Gürcüstan İctimai Televiziyasına hücum
00:54 10 Fevral 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 9-da Tiflisdə keçirilən icazəsiz etiraz aksiyasının iştirakçıları Gürcüstanın İctimai Televiziyasının binasına hücum edərək, qanunsuz olaraq canlı yayıma çıxıblar. Buna səbəb kanalın yeni rəhbərliyinin TV jurnalistlərini kütləvi şəkildə işdən azad edilməsinin planlaşdırılması olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan İctimai Yayım İdarə Heyəti faktla bağlı bəyanatla çıxış edib: “Bu faktı biz jurnalistlərin qanuni peşə fəaliyyətinə və İctimai TV-nin yayım işinin kobud surətdə pozulmasına mane kimi qiymətləndiririk. Zorakılığa yol verən aksiyanın təşkilatçıları və iştirakçıları qanun qarşısında məsuliyyət daşımalıdır”, - deyə bəyanatda deyilir.

 

Bəyanatı yayımlayan Gürcüstan İctimai Yayım İdarə Heyəti hücum faktını təhlükəli presedent, həyəcan siqnalı adlandıraraq, qanunsuz hərəkəti İctimai Televiziyanın normal  fəaliyyətinə təhlükə yaratdığını bildirib: “Hesab edirik ki, bu fakt ictimaiyyətin fəal müzakirə mövzusu olacaq və biz baş verən hadisəyə qiymət verməliyik”, - deyə bəyanatda bildirilib.

 

İTV-nin İcraiyyə Şurasının üzvləri siyasətçilər və jurnalistləri etiraz aksiya iştirakçılarının təcavüzkar və zorakı hərəkətlərinə qarşı çıxmağa çağırıblar.

 

Qeyd edək ki, fevralın 9-da İctimai TV-nin əməkdaşlarının kütləvi şəkildə işdən azad olunmasına qarşı etiraz aksiyasının iştirakçıları TV-nin canlı yayımında İTV-nin yeni kanalının rəhbərliyinin jurnalistlərin işdən azad olunması planına etirazlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR