Tillerson Mogerini ilə qapalı görüş keçirdi

Tillerson Mogerini ilə qapalı görüş keçirdi
01:39 10 Fevral 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ilə ilk görüşünü keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.  

 

Görüşün qapalı olduğu bildirilir, danışıqların təfərrüatları açıqlanmır.

 

“Biz birgə uğurlu əməkdaşlığımız davam etdiriləcək” , - deyə görüşdən əvvəl Mogerini jurnalistlərə bildirib.  

 

Görüşdən sonra Mogerini “Twitter”də görüşün müsbət olduğunu bildirib. “Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə Aİ-ABŞ əməkdaşlığını davam etdirəcəyik”, - deyə Mogerini bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR