YUNESCO: Dünyada ali təhsilli insanların yarıdan çoxunu qadınlar təşkil edir

YUNESCO: Dünyada ali təhsilli insanların yarıdan çoxunu qadınlar təşkil edir
01:42 10 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Son beş ildə elm və texnologiyaya əhəmiyyətli dərəcədə təsir edən böyük geosiyasi dəyişikliklər baş verib. Onların arasında "ərəb baharı", İranla nüvə sazişi və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının İqtisadi Birliyinin yaradılması var.
"Report" xəbər verir ki, YUNESCO-nun yeni hesabatının müəlliflərinin apardıqları təhlillərə görə, bu və digər hadisələr elmin inkişafına təsir göstərib.
Tədqiqatda 50-dən çox ekspert iştirak edib və onların hər biri məxsus olduğu region və ya ölkədə vəziyyəti araşdırıb.
Müəyyən edilib ki, qadınlar bütövlükdə elm aləmində azlıq təşkil edirlər. Eyni zamanda, maliyyə vəsaitləri onlar üçün kişilərə nisbətdə, bir qayda olaraq daha az əlçatandır, həmçinin qadınlar nüfuzlu universitetlərdə və yaşlı müəllim heyəti arasında daha az təmsil olunurlar.
Bununla yanaşı qeyd olunur ki, qadınlar təhsil almaq sahəsində bərabərlik əldə ediblər. Dünyanın bütün bakalavr və magistr dərəcəsinə malik sakinlərinin 53 faizini qadınlar təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/yunesco-dunyada-ali-tehsilli-insanlarin-yaridan-coxunu-qadinlar-teskil-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR