Hər 6 saniyədə bir nəfər siqaretdən ölür

Hər 6 saniyədə bir nəfər siqaretdən ölür
01:59 10 Fevral 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.

 

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.

 

ÜST siqaretdən istifadənin azaldılmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.

 

Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə dünya ölkələri arasında 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliyadır.

 

Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.

 

Qeyd edək ki, bu gün, 9 Fevral - “Ümumdünya siqaretdən imtina günü”dür. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR