Frenk Lempard "Çelsi"də təcrübə keçir

Frenk Lempard "Çelsi"də təcrübə keçir
05:52 10 Fevral 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ "Çelsi"nin bu yaxınlarda oyunçu karyerasını başa vurmuş sabiq futbolçusu Frenk Lempard London klubunda təcrübə keçir.
"Report" "Mirror"a istinadən xəbər verir ki, İngiltərə yığmasının keçmiş xavbeki "zadəganlar"ın akademiyasına gedir və "B" kateqoriyalı məşqçi statusu almaq niyyətindədir.
Lempard karyerasına "Vest Hem Yunayted"də başlayıb. Yarımmüdafiəçi 2001-ci ildə "Çelsi"yə keçib və 13 ilini orada keçirib. O, 2014-2015-ci illərdə "Mançester Siti"də çıxış edib, ötən mövsümü isə"Nyu-York Siti"də keçirib.
Frenk bütün dövrlərdə "Çelsi"nin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/frenk-lempard-celsi-de-tecrube-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR