Tramp-Putin danışığının TƏFƏRRÜATI

Tramp-Putin danışığının TƏFƏRRÜATI
06:04 10 Fevral 2017
164 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında yanvarın 28-də keçirilmiş ilk telefon danışığı zamanı Tramp Strateji Hücum Silahlarının (SHS) azaldılmasına dair sazişi tənqid edərək, onun ABŞ üçün uğursuz olduğunu bildirib.

 

APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə danışığın detallarından məlumatlı olan, lakin adlarının hallanmasını istəməyən iki amerikalı məmur bildirib.   

 

Mənbələrin məlumatına görə, telefon danışığı zamanı  Rusiya prezidenti SHS sazişinə toxunarkən,  Tramp danışığa fasilə verib və müşavirlərindən razılaşma barədə maraqlanıb.

 

Məlumatlandırıldıqdan sonra Tramp Putinə bəyan edib ki, qeyd olunan razılaşma eks-prezident Barak Obama administrasiyasının uğursuz sazişlərindən biridir. Onun sözlərinə görə, həmin saziş yalnız Rusiyanın maraqlarına cavab verir.   

 

Qeyd edək ki, SHS sazişinin prezidentlər tərəfindən müzakirə edilməsi barədə nə Kreml, nə də Ağ Ev rəsmi məlumat yaymayıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR