ABŞ-ın ən yaşlı sakini vəfat edib

ABŞ-ın ən yaşlı sakini vəfat edib
06:32 10 Fevral 2017
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların ən yaşlı sakini 114 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Fox News" telekanalı məlumat yayıb.
Adel Danlap doğma ştatı Nyu-Cersinin Fleminqton şəhəri yaxınlığındakı xəstəxanada keçinib.
1902-ci ildə Nyuarkda dünyaya gəlmiş Danlap ailə quranadək müəllim işləyib, üç uşaq böyüdüb. Uzunömürlü qadının sığorta şirkətində işləyən əri 1963-cü ildə dünyadan köçüb.
Amerikanın "Gerontology Research Group" Gerontologiya Xidməti əməkdaşlarının məlumatına görə, indi ABŞ-ın ən yaşlı sakini 113 yaşlı Delfin Qibson hesab olunur. O, Pensilvaniya ştatında yaşayır.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/abs-in-en-yasli-sakini-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR