Paytaxt klubu milli üzvünü istəyir

Paytaxt klubu milli üzvünü istəyir
07:52 10 Fevral 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin qapıçısı Co Hart yenidən ölkəsinə qayıda bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Mançester Siti"nin qolkiperi ilə "Arsenal" yaxından maraqlanır.

Hazırda icarə əsasında "Torino"nun formasını geyinən Hartı londonlular mövsümün sonunda heyətinə cəlb etmək niyyətindədi. Onun gedişinin əleyhinə olmayan "şəhərlilər" isə 15 milyon funt-sterlinq müqabilində bu keçidə razılıq verəcəyini bəyan edib.
 
Qeyd edək ki, Co Hart Premyer Liqanın digər təmsilçisi "Liverpul"un da maraq dairəsindədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/515819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR