Pens: "ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək"

Pens: "ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək"
08:12 10 Fevral 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ "Vaşinqton bütün düşmənlərini məhv etməyincə, sakitləşən deyil".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens deyib.
"Amerikanın qarşılaşdığı təhlükələr indiki qədər çox olmayıb. Lakin əmin ola bilərsiniz: prezident Tramp və onun administrasiyası və bu ölkə düşmənlər məhv edilməyincə, dayanmayacaq və ölkəmiz yenidən təhlükəsizlikdə olacaq", - deyə o əlavə edib.
Vitse-prezident terrorçuların qarşısını alacaqlarına vəd verib:
"İŞİD barbarları onların xilafət yaratmaq cəhdlərinə mane olan kəslərə qarşı amansız davranırlar. Və onlar biz dayandırmayınca dayanan deyillər. Biz isə onları dayandıracağıq".

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pens-abs-butun-dusmenlerini-mehv-etmeyince-sakitlesmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR