Sumqayıtda ev yanıb, bir nəfər xilas edilib

Sumqayıtda ev yanıb, bir nəfər xilas edilib
08:22 10 Fevral 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Gecə saatlarında Sumqayıt şəhərində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.
Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-ev-yanib-bir-nefer-xilas-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR