Sumqayıtda ev yandı - Bir nəfər təxliyə edildi

Sumqayıtda ev yandı - Bir nəfər təxliyə edildi
08:53 10 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyatı üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR