Lavrov: “NATO-nun sərhədlərimiz yaxınlığındakı hərəkətləri təxribat xarakterlidir”

Lavrov: “NATO-nun sərhədlərimiz yaxınlığındakı hərəkətləri təxribat xarakterlidir”
09:08 10 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərəkətləri təxribat xarakteri daşıyır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
“Buraya həm də Polşa və Baltikyanı Alyansın əlavə hərbi kontingentlərinin yerləşdirilməsi aiddir. Qeyd edim ki, artıq Şərqi Avropanın digər ölkələri - Bolqarıstan və Rumıniyada da analoji kontingentlərin yerləşdirilməsi ətrafında diskussiyalar aparılır”, - deyə nazir bildirib.
XİN rəhbərinin sözlərinə görə, təxribat hərəkətlərə həmçinin bloka üzv olan bəzi ölkələrin silahlı qüvvələrinin təkmilləşdirilməsinə dair milli planlarının ardıcıl reallaşdırılması, yeni hərbi infrastrukturun qurulması və sərhədlərimiz yaxınlığında NATO təlimlərinin sayının və miqyasının xeyli artması da aiddir.
Lavrovun sözlərinə görə, qeyd olunan məsələlər, habelə NATO-nun Rusiya ilə mülki və hərbi kanallarla əməli əməkdaşlığın tamamilə dondurulmasına dair birtərəfli qərarı etimadsızlığın artmasına və Avropa qitəsində qüvvələrin mövcud balansının pozulmasına gətirib çıxarır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR