“European Tobacco - Baku”nun rəhbərliyinə yeni təyinatlar olacaq

“European Tobacco - Baku”nun rəhbərliyinə yeni təyinatlar olacaq
09:12 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Martın 18-də, saat 10:00-da “European Tobacco - Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 
"Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Məlumata görə yığıncaq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi, 21 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin Müşahidə Şurasına, İdarə Heyətinə və Təftiş Komissiyasının yeni üzvlərinin seçilməsi məsələsi daxil edilib.
Xatırladaq ki, “European Tobacco - Baku” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 44 635 220 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/european-tobacco-baku-nun-rehberliyine-yeni-teyinatlar-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR