Sumqayıtda ev yanıb, bir nəfər təxliyə edilib

Sumqayıtda ev yanıb, bir nəfər təxliyə edilib
09:17 10 Fevral 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyatı üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/516053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR