Bakının bu rayonu qazsız qalacaq

Bakının bu rayonu qazsız qalacaq
09:32 10 Fevral 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az SOCAR-a istinadən xəbər verir ki, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən "Şərq-Qərb Mülk" MTK-ya məxsus 408 mənzilli yaşayış binasının qazanxanasına təbii qazın verilməsi ilə bağlı, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar fevralın 10-da saat 09:00-dan 17:00-dək  Xətai rayonunun Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
 
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR