"Azərsu" boruların alınması üçün tender keçirir

"Azərsu" boruların alınması üçün tender keçirir
09:42 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “Azərsu” ASC Zərdab rayonu ərazisində əkilməsi nəzərdə tutulan yeni torpaq sahələrinin və Padar Çöl qışlaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yenidənqurma-tikinti işlərinin aparılması üçün S235JR markalı DN 1422x9 mm-lik polad borularının satın alınması üzrə təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
İştirakçılar tender təkliflərini fevralın 13-ü saat 12:00-dan gec olmamaq şərti ilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67, Satınalmaların təşkili və idarə olunması Departamenti) təqdim etməlidirlər.
İddiaçıların təklifləri fevralın 13-ü saat 15:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azersu-borularin-alinmasi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR