Azərbaycan millisinin futbolçusu Slovakiya çempionatının liderinə icarəyə verilib

Azərbaycan millisinin futbolçusu Slovakiya çempionatının liderinə icarəyə verilib
09:47 10 Fevral 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayev karyerasını Slovakiya çempionatında davam etdirəcək. "Report"un "61 Media"ya istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu "Jilina"ya 1.5 illik icarəyə verib.
Ötən gün komanda yoldaşları ilə vidalaşan Şeydayev bu gün Trabzonu tərk edəcək. 
Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"la 2016-cı ilin yayında 4 illik müqavilə bağlayıb. Lakin o, əsas heyətə düşə bilməyib. Hazırda "Jilina" Slovakiya çempionatının lideridir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayev-slovakiya-cempionatinin-liderine-icareye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR