Fransua Olland: “Fransa da Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət daşıyır”

Fransua Olland: “Fransa da Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət daşıyır”
09:47 10 Fevral 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədr ölkə olaraq, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllin ilə bağlı xüsusi məsuliyyət daşıyır”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının illik şam yeməyində bildirib.
“Biz tələsirik. Doğurdan da ötən il aprelin 2-4-də baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsi sahəsində tələsigənlik mövcuddur. Demək olar ki, hər gün Qarabağda ölüm hadisəsi qeydə alınır. Beləliklə, biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik”, - deyə Fransua Olland vurğulayıb.
Fransa prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmək üçün Ermənstan prezidenti Serj Sarqsyanı Parisə dəvət edib. O bildirib ki, Ermənistan rəhbəri martın 8-də Fransaya səfər edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/fransua-olland-fransa-da-dagliq-qarabag-munaqisesinin-hellinde-xususi-mesuliyyet-dasiyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR