Azərbaycan klubu Avropa çempionu oldu

Azərbaycan klubu Avropa çempionu oldu
09:57 10 Fevral 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatına yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, G1 kateqoriyalı yarışın son günündə Azərbaycan taekvondoçuları daha 6 medal qazanıblar.

40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rionun bürünc mükafatçıları Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi "Gilan" İK) yarışın qalibi olublar.
 
Olimpiya çempionumuz Radik İsayev (+87 kq, "Gilan" İK) və Ramin Əzizov (87 kq, "Qafqaz" TK) isə həlledici döyüşdə uduzduqlarından gümüş medalla kifayətləniblər.
 
Daha 3 idmançımız - Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi "Gilan" İK) və Ceyhun Həsənli (+87 kq, "Savalan" TK) isə yarışı yarımfinal mərhələsində başa vurublar.
 
Beləliklə, Azərbaycan klublarının idmançıları 4 gün davam edən klublararası Avropa çempionatını 31 (9-10-12) medalla başa vurublar. Yarışın nəticəsinə əsasən, "Gilan" İdman Klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında qitə çempionu adına yiyələnib.
 
Qeyd edək ki, sabah G2 kateqoriyalı "Turkish Open" beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR