Vüsalə Əlizadə üçün özəl gün

Vüsalə Əlizadə üçün özəl gün
10:01 10 Fevral 2017
513 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün aparıcı Vüsalə Əlizadənin qızının ad günüdür.

Axşam.az xəbər verir ki, aparıvının övladı Diləyin 5 yaşı tamam olur.

Təəssüratlarını bölüşən V.Əlizadə qızını belə təbrik edib:

“Bu gün mənim özəl günümdür. Allahın mənə “analıq” statusunu verdiyi gündür... Canıma can gəldiyi gündür... Göz nurum, ciyərparəm, gedib-gələn nəfəsim, Allahım məni sənin yanında əyməsin, səni mənə çox görməsin. Səni mənim kimi çətin sınaqlarla imtahana çəkməsin. Hər bir qadının diləyi olur, mənim diləyim sən idin. Tanrım dərgahına açdığım əllərimi boş qaytarmadı. Çox şükür bu günümə. 5 ildir həyatımın dadı, duzu, yaşama səbəbi var, o da sənsən Diləyim. Şükürlər olsun, 5 yaşın mübarək”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR