Ramil Şeydayevin yeni komandası müəyyənləşdi

Ramil Şeydayevin yeni komandası müəyyənləşdi
10:09 10 Fevral 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Trabzon mətbuatına istinadən məlumatına görə, gənc forvard karyerasını Slovakiyada davam etdirəcək.

 

Belə ki, “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək. Dünən gecə komanda yoldaşları ilə vidalaşan Ramil bu gün Türkiyəni tərk edəcək. Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

 

Qeyd edək ki, “Trabzonspor”a mövsümün əvvəlində “Zenit”dən keçən Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR