Yaponiyaya güclü qar yağıb

Yaponiyaya güclü qar yağıb
10:12 10 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Yaponiyanın qərbində yerləşən Tottori prefektirasına güclü qar yağıb. 
"Report" TASS-a istinadən xəbər verir ki, nəticədə Kurayoşi şəhərində azı 1400 ev işıqsız qalıb.
Güclü qar elektrik xətlərinin sıradan çıxarmasına səbəb olub.
Sinoptiklərin məlumatına görə, Tottori prefektirasının bəzi ərazilərində səhər saatlarında 20 sm-dək qar düşüb. Kurayoşi şəhər administrasiyası sakinlərə yağıntının sabah axşam saatlarına qədər davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Prefekturanın bəzi bölgələrində məktəblərdə dərslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
Əlverişsiz hava şəraiti dəmir yol nəqliyyatının hərəkətini pozub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyaya-guclu-qar-yagib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR