İranlı kainat gözəlini rədd edən Burak Özçivitdən SƏRT MESAJ - FOTOLAR

İranlı kainat gözəlini rədd edən Burak Özçivitdən SƏRT MESAJ - FOTOLAR
10:18 10 Fevral 2017
882 Şou
Ölkə mətbuatı
A- A+

Burak Özçivit bir neçə gündür ki, iranlı modellə aralarında yaranmış qalmaqala münasibət bildirmək istəməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fahriye Evcen və Burak Özçivit restorandan çıxan zaman jurnalistlərin suallarını cavablandırıb. Yaraşıqlı aktyor iranlı model Mahlaqha Jaberinin onun haqqında səsləndirdiyi iddialara cavab verməyib. O, “Modeli qısqanclıq üzündən bloka atmısınızmı?” sualına “Nə əhəmiyyətli məsələ" deməklə kifayətlənib.

Məlumat üçün bildirək ki, “Kainat gözəli” müsabiqəsində birinci olan iranlı model Mahlaqha Jaberi Burak Özçivit haqqında yazdığı statusu ilə gündəmə gəlib. Cazibədar xanım Fahriye Evcenlə evlənməyə hazırlaşan Burak Özçiviti çox bəyəndiyini yazıb.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR