""Yuventus"a nifrət edirəm"

""Yuventus"a nifrət edirəm"
10:32 10 Fevral 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın futbolçusu Raca Naynqolan maraqlı açıqlamalarla gündəmə gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Corriere dello Sport" nəşrinə müsahibəsində "Yuventus"a nifrət etdiyini bildirib.

O, bunu Turin təmsilçisinin haqsız qələbə qazanması ilə əlaqələndirib:

""Yuvnetus"a sadəcə olaraq nifrət edirəm. Çünki onlar həmişə ya penalti, ya standart vəziyyətlər hesabına qələbə qazanırlar. "Roma"ya "Yuventus" üzərində qələbə qazanmaq üçün gəlmişəm. Sizə söz verirəm, əgər Skudettonu qazana bilməsək, İtaliya Kubokunu qazanacağıq".
 
O, kubokun yarımfinalında rəqib olduqları "Latsio" haqqında da danışıb: "İnanın mənə, biz "Latsio"nu hər iki oyunda məğlub edib finala çıxacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR