“YouTube” tarixində ən böyük boşluq aşkarlanıb

“YouTube” tarixində ən böyük boşluq aşkarlanıb
10:35 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Rusiyalı videobloger və "BlackScreenTV" kanalının sahibi populyar "YouTube" videoşəbəkəsinin işində səhv aşkarlayıb.  

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, boşluq istifadəçilərdən icazəsiz onları kanala abunə olmaqdan çıxarmağa imkan verir. Bloger boşluğu "YouTube" tarixində ən böyük səhv adlandırıb.

Sübut, eləcə də səhvin göstərilməsi üçün bloger kiçik videoçarx çəkib. Videoda kanaldan asanlıqla 300-dən çox istifadəçinin silinməsi göstərilib. Abunədən çıxarılma potensial istifadəçilərin xəbəri olmadan həyata keçirilib. Çəkilən materiala populyar internet servisinin rəhbərliyi dərhal reaksiya verərək bir gün ərzində boşluğu tam aradan qaldırıb. Bununla yanaşı, eksperiment üçün "BlackScreenTV" kanalının abunəlikdən çıxardığı istifadəçilərin abunəsi bərpa olunub.

Məlumata görə, internetdə boşluğu aşkarlayan blogerin kiçik pul mükafatı alması ilə bağlı şayiələr dolaşmağa başlayıb. "YouTube" rəhbərliyi belə ödənişlərin gələcəkdə də mümkün müxtəlif səhvlərin axtarışı, həmçinin aradan qaldırılması üçün ediləcəyini vəd edib.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45986-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR