Fahriye Evcenin 50 minlik nişan üzüyü - fotolar

Fahriye Evcenin 50 minlik nişan üzüyü - fotolar
10:36 10 Fevral 2017
363 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Burak Özçivit dünən sevgilisi aktrisa Fahriye Evcenlə birgə İstanbulun Arnavutköy səmtində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın barmağındakı nişan üzüyü diqqətdən yayınmayıb. Üzüyün dəyərinin 50 min lirə (təxminən 25 min manat) olduğu öyrənilib.

Burak "Kara sevda", Fahriye isə "Ölene kadar" serialında rol aldığı üçün cütlük tez-tez görüşə bilmədiklərini deyib:

"İstirahət günlərimiz fərqlidir. İki ay sonra ilk dəfə görüşdük. Görüş bir də toyda olacaq yəqin. İşlərin çoxluğuna görə evlilik planlarını da qura bilmirik".

Jurnalistlərin iranlı model Mahlağa Cabari ilə bağlı suallarına isə o, "Nə önəmli məsələ imiş" deyib və yayılan xəbərləri ciddiyə almadığını bildirib.

Qeyd edək ki, bir müddət öncə iranlı model M.Cabari "Instagram"da B.Özçivitə şərh yazmış, F.Evcenin onu qısqandığı barəsində xəbərlər yayılmışdı.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR