Ramil Şeydayev yeni klubu - Türkiyəni tərk etdi

Ramil Şeydayev yeni klubu -   Türkiyəni tərk etdi
10:47 10 Fevral 2017
149 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, gənc futbolçu Türkiyədən ayrılır.


Belə ki, Ramil karyerasını Slovakiyanın "Jilina" klubunda davam etdirəcək. Məlumata görə, "Trabzonspor" onu 1,5 illik icarəyə verib. Dünən gecə komanda yoldaşları ilə vidalaşan Ramil bu gün Türkiyəni tərk edəcək. 


Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-eydayev-yeni-klubu-t56166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR