Zibillikdən 120 kq pul tapıldı - AZƏRBAYCANDA

Zibillikdən 120 kq pul tapıldı - AZƏRBAYCANDA
10:47 10 Fevral 2017
236 Ölkə
Ölkə mətbuatı
A- A+

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda 2016-cı il ərzində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq 84 min 496,68 ton tullantı qəbul edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan 51 min 977,20 ton orqanik (yararsız) tullantı ayrılaraq yerləşdirilməsi üçün Balaxanı poliqonuna göndərilib, qalan 32 min 519,48 ton tullantının çeşidlənməsi nəticəsində 6 min 424,77 ton xammal ayrılıb və təkrar emala yönəldilib. Ayrılan xammalın miqdarının artırılması üçün müvafiq tədbirlər görülür.
 
Bununla yanaşı, zavodda 2016-cı ildə çeşidləmə zamanı tapılmış müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna, müxtəlif nominalda tapılmış 120 kq-dan artıq xırda pullar toplanılaraq Azərbaycan Mərkəzi Bankına təhvil verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR