Ronaldinyo Türkiyədə canlı yayımda BİABIR oldu – VİDEO

Ronaldinyo Türkiyədə canlı yayımda BİABIR  oldu – VİDEO
10:48 10 Fevral 2017
244 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli braziliyalı futbolçu Ronaldinyo Türkiyənin “3 Adam” verilişində qonaq olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ronaldinyo futbol məktəbinin açılışı üçün Türkiyəyə gəlib və böyük maraqla qarşılanıb. Futbolçu Türkiyəyə səfəri ərzində “3 Adam” verilişində qonaq olub. Səmimi rəftarı ilə diqqət çəkən futbolçu aparıcıların onun üçün hazırladığı oyundan üzü ağ çıxa bilməyib. Belə ki, əvvəldən hazırlanmış xüsusi qapıdakı dəliklərə top atmağa çalışan Ronaldinyonun cəhdləri müvəffəqiyyətli ola bilməyib. Əfsanəvi idmançı canlı yayımda milyonlarla insanın qarşısında məğlubiyyət hissini dadmalı olub. Ən maraqlısı odur ki, "Uduzmağı heç sevmirəm" deyən məşhur “3 Adam proqramında” İbrahim Büyükə məğlub olub.

Ronaldinyodan sonra topu alıb bir daha qapıya atan İbrahim Büyükün növbəti cəhdi uğurlu alınıb. Aparıcının bu hərəkəti tamaşaçıları gülüşə boğub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR