Türkiyənin GİZLİ SƏNƏDLƏRİ oğurlandı - FOTO

Türkiyənin GİZLİ SƏNƏDLƏRİ oğurlandı - FOTO
10:52 10 Fevral 2017
196 Dünya
Ölkə mətbuatı
A- A+

FETÖ-çü Baş Qərargah polkovnikinin fırıldağının üstü açılıb. O, 2009-cu ildə Səfərbərlik Tədqiq heyətindəki Kosmik Otağı açdıraraq dövlətin arxivini oğurlayıb. Gizli sənədlər arasında Bəyaz Qüvvələr (kimlikləri gizli saxlanılan xüsusi hazırlıq görmüş qoşun növü) üzvlərinin adları da yer alıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Kosmik Otaqdan yoxa çıxan dövlətin döyüş planları isə Xüsusi Səlahiyyətli prokurorların əliylə FETÖ-yə verilib. Sənədləri qəbul edən FETÖ-çülərdən biri TÜBİTAK-ın (Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı) köhnə işçisi Ünal Tatardır. Tatar əldə etdiyi sənədləri ABŞ-a apararaq Fətullah Gülənə çatdırıb.

11 və 16 nömrəli otaqlarda HANSI MƏLUMATLAR VAR İDİ?

Yaxşı, Səfərbərlik Tədqiq Məclisinin dövlət üçün əhəmiyyəti nə idi? FETÖ-çülərin hiyləgərliklə daxil olduğu 11 və 16 nömrəli otaqlarda hansı məlumatlar var idi? Bu sualların cavabı da Kosmik Otaq istintaqında gizli saxlanılırdı.

Prokurorluğun təsbitinə görə, Kosmik Otaqda bu məlumatlar var idi:

"Türkiyə Cümhuriyyətinin təhlükəsizliyi baxımından həyati dərəcədə əhəmiyyətə sahib, daxili-xarici döyüş və səfərbərlik kimi qurumlarda hərbi fəaliyyətlərlə əlaqəli çox gizli dövlət sirri olan 320 rəqəmsal məlumat. Ayrıca Müqavimət Təşkilatının (Bəyaz Qüvvələr) üzvlərinin adlarını daşıyan 212 səhifəlik sənəd".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR