Misirdə bir bomba mütəxəssisi faciəli şəkildə ölüb.
ANS PRESS-in məlumatına görə, bomba mütəxəssisin ölümünə səbəb olan partlayış kameralara düşüb.
Hadisə Misirin paytaxtı Qahirədə baş verib.
Yanacaqdoldurma məntəqəsinin yanında yerləşdirən bombanı zərərsizləşməyə çalışan mütəxəssis hadisə yerində həyatını itirib. Bombanın partlayışı nəticəsində daha üç nəfər polis yaralanıb.
Bombanın uzaqdan idarəetmə ilə patladılması ehtimal edilir.
Polis bölməsi yaxınlığında həyata keçirilən terror aktının məsuliyyətini "Misir Əsgərləri" adlı radikal dini qruplaşma boynuna götürüb.