Tramp Pekin qarşısında geri çəkildi

Tramp Pekin qarşısında geri çəkildi
10:53 10 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bundan sonra “Tək Çin” siyasətinə tərəfdar olacaq.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyinə Ağ Evdən yayılan bəyanata istinadən bildirib.

Qeyd olunur ki, ABŞ prezidenti telefon söhbətinin gedişatında Çin Xalq Respublikasının Sədri Si Cinpini buna inandırıb.

“Birləşmiş Ştatlar və Çin nümayəndələri qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər üzrə müzakirələr və danışıqlarda iştirak edəcəklər”, - Ağ Evdən yayılan bəyanatda deyilir.

ABŞ və Çin liderləri arasında telefon danışığı fevralın 9-da olub. Ağ Ev danışığın səmimi keçdiyini açıqlayıb. Liderləri bir-birini ölkələrinə dəvət edərək şəxsi görüşün keçirilməsini təklif ediblər.

Fevralın 8-də isə Tramp Si Cinpinə məktub yazaraq həmkarı ilə əməkdaşlığa ümid etdiyini bildirib.

Qeyd edək ki, Trampın ABŞ prezidenti seçilməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Ötən ilin dekabr ayının əvvəlində Trampın Tayvan lideri Tsay İnvenlə telefon söhbəti təxminən 40 illik bir dövrün də sonu olmuşdu. Pekin Tayvanı özünə bağlı bir əyalət olaraq görür və onun müstəqil bir dövlət olaraq tanınmasına qəti qarşıdır.

Tramp Tayvan lideri ilə söhbətində ABŞ-ın "Tək Çin" siyasətinə sadiq olmaq məcburiyyətində olmadığını bildirib. Tramp həmçinin Çinin iqtisadi siyasətini və Cənubi Çin dənizində hərbi fəallığını tənqid edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR