İvanka Trampa növbəti zərbə: Məhsulları zibilliyə atıldı

İvanka Trampa növbəti zərbə: Məhsulları zibilliyə atıldı
10:54 10 Fevral 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp iş həyatında çətin günlər yaşayır.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın lüks pərakəndəçilərindən Nordstrom və Neiman Marcusun İvanka Trampın kolleksiyalarını satmamağa dair qərar aldıqdan sonra İvanka ikinci zərbəni alıb.

 

Belə ki,  TJ Maxx və Marshalls firmaları da İvankanı boykot etmək qərarına gəlib.

 

 

Firmanın Trampa məxsus bəzi məhsulları zibilləyə atdığı, geridə qalanları isə lazımsız olaraq kənara qoyduğu deyilir. Rəsmi məlumata görə, “TJX Companies” nəzdindəki şirkətlər işçilərə çağırış edərək Trampa məxsus məhsulları vitrinlərdən yığışdırmağı tapşırıb.

 

Bildirək ki, Donald Tramp bundan daha əvvəl yaşanan boykot xəbərinə çox sərt reaksiya vermişdi. O  tviterdə paylaşdığı mesajda “ Qızım İvankaya Nordstorm tərəfindən böyük bir haqsızlıq edildi. O mükəmməl bir insandır və məni hər zaman doğru şeyi etmək üçün yönəldir. Biabırçılıq!”

 

Trampı dəstəkləyən izləyiciləri isə Nordstromu boykot etmək qərarına gəliblər.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR