Ramil Şeydayevin yeni komandası müəyyənləşdi

Ramil Şeydayevin yeni komandası müəyyənləşdi
11:05 10 Fevral 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandasının adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc forvard karyerasını Slovakiyada davam etdirəcək.

Belə ki, "Trabzonspor" həmyerlimizi "Jilina" klubuna icarəyə verib. Razılaşmaya əsasən, Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək. Dünən gecə komanda yoldaşları ilə vidalaşan Ramil bu gün Türkiyəni tərk edəcək. Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.
 
Qeyd edək ki, "Trabzonspor"a mövsümün əvvəlində "Zenit"dən keçən Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR