Rusiya bombardmançıları Britaniyanı təlaşa saldılar - FOTO

Rusiya bombardmançıları Britaniyanı təlaşa saldılar - FOTO
11:17 10 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın Kral Hərbi-Hava Qüvvələrinin (RAF) "Typhoon" qırıcıları Rusiyanın Hava-Kosmik Qüvvələrinin Tu-160 strateji bombardmançılarını müşayiət ediblər.

Milli.Az The Guardian-a istinadən bildirir ki, qırıcılar Şotlandiyadakı Lossimut və Linkolnşir qraflığındakı Köninqsbi aviabazalarından səmaya qalxmışdılar.

Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın bombardmançı təyyarələrinin "potensial təhlükə zonası"nda olduğunu bəyan edib.

Rusiyanın Müdafiə Nazirliyi isə bu ittihamları rədd edərək bildirib ki, Tu-160 bombardmançılarının uçuşu beynəlxalq qaydalara uyğun olub. Uçuş marşrutu Barens və Norveç dənizlərində, habelə Atlantik okeanında neytral sular üzərindən keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR