Azərbaycanda ov edən 16 ərəb ölkədən qovuldu

Azərbaycanda ov edən 16 ərəb ölkədən qovuldu
11:27 10 Fevral 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda qanunsuz ov edən və çoxusu Körfəz ölkələrindən olan 16 xarici vətəndaş saxlanılıb.

Milli.Az xəbər verir ki, bunu Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə baku.ws-ə bildirib.

"Ölkəyə qanunsuz giriş və brakonyerlik faktları qeydə alındıqda tərəfimizdən ciddi tədbirlər görülür. Həmin 16 xarici vətəndaş 32 min manata qədər cərimə olunaraq Dövlət Miqrasiya Xidməti tərəfindən bir daha Azərbaycana buraxılmamaq şərti ilə ölkədən məcburi çıxarılıb", - deyə Hikmət Əlizadə bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/516109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR