Dövlət büdcəsinə 173 milyon 653,49 min manat köçürülüb

Dövlət büdcəsinə 173 milyon 653,49 min manat köçürülüb
11:33 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 173 milyon 653,49 min manat məbləğində vergi və rüsum köçürüb.

Publika.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 67,6% çoxdur.

Cari ilin yanvar ayında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 124 milyon 631,39 min manat, aksizlər üzrə 2 milyon 691,77 min manat, yol vergisi üzrə 2 mln. 113,27 min manat təşkil edib.

Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 44 milyon 217,05 min manat məbləğində olub.

2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 200 mln. manat həcmində proqnozlaşdırılır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR