"Unibank" sahibkarlara növbəti dəstək layihəsinə başlayıb

"Unibank" sahibkarlara növbəti dəstək layihəsinə başlayıb
11:37 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ "Unibank" ASC müəssisələr üçün sərfəli əmək haqqı layihələrinin tətbiqinə başlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, indi "Unibank"a müraciət edən sahibkarlar əmək haqqı layihələrində güzəşt və üstünlüklər əldə edə biləcəklər.
Bankın Korporativ bank xidmətləri Departamentinin rəhbəri Məcid Məmmədov bildirib ki, bu ilin əvvəlindən “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar nağdsız əmək haqqı sisteminə keçən müəssisələrin sayı kəskin artıb: “Hazırda Bank tərəfindən korporativ müştərilərə əmək haqqı fondu və əməkdaşlarının sayına görə cəlbedici əmək haqqı layihələri təklif edilir. Bu əmək haqqı layihələrində xüsusi güzəştlər nəzərdə tutulur. "Unibank"ın universal bank olması şirkətlərlə yanaşı, onların əməkdaşlarına da yüksək səviyyəli xidmət göstərməyə imkan yaradan bir üstünlükdür. Minimum sənədləşmə, geniş filial və bankomat şəbəkəmiz, əmək haqlarını ofisi tərk etmədən, təhlükəsiz internet bank xidmətimiz vasitəsilə ödəmə imkanı, bu istiqamətdə "Unibank"la əməkdaşlığın maksimum rahat olmasını təmin edir”.
Bundan başqa, müəssisələrə profilinə uyğun individual əmək haqqı layihəsi təklif edən bank, layihə çərçivəsində hər bir əməkdaşa "3D Secure" təhlükəsizlik xidməti ilə təmin olunmuş kart verir. Əmək haqqının "Albalı Plus" debetlə təqdim olunması isə sahibinə bu kartın üstünlüklərindən (depozit funksiyası, 20%-dək "cashback" imkanı, partnyor mağazalarda endirimlər və s.) istifadə imkanı yaradır. Əmək haqqı kartlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan "Unibank Mobile" xidmətinə qoşmaq imkanı əldə edən müəssisə əməkdaşları, günün istənilən vaxtında kart hesabına nəzarət edə, ödənişləri həyata keçirə bilərlər. Əmək haqqını "Unibank" kartları ilə alan şirkət əməkdaşlarının Bankda avtomatik tarixçəsi yaranır ki, bu da gələcəkdə həmin şəxsə minimum sənədləşmə və güzəştli faiz dərəcəsi ilə kredit rəsmiləşdirmək imkanı qazandırır.
Əmək haqqı layihəsinə "Unibank"ın bütün filiallarında qoşulmaq mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibankdan-sahibkarlara-novbeti-destek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR