Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər

Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər
11:37 10 Fevral 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. "Report"un Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Latın Amerikası təmsilçiləri iyunun 9-da Avstraliyanın Melburn şəhərində üz-üzə gələcəklər.
Oyun 100 min tamaşaçı tutumuna malik "Melburn Kriket Qraund" stadionunda baş tutacaq.
Qeyd edək ki, bu komandalar arasında sonuncu oyun ötən il noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib. Braziliyada baş tutmuş matçda meydan sahibləri böyük hesabla qalib gəlib - 3:0. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/braziliya-ve-argentina-millileri-100-minlik-stadionda-yoldasliq-gorusu-kecirecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR